İordaniyada kral II Abdullahın böyük oğlu vəliəhd Hüseyn və Səudiyyə Ərəbistanından olan gəlin Racva Əl Seyfin toyu olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, toy mərasimi paytaxt Əmmandakı Zəhran sarayında keçirilib.

Toyda şahid qismində kral II Abdullah, həmçinin şahzadə Həsən bin Talal və gəlinin atası iştirak edib.

İordaniya Kral Məhkəməsindən verilən yazılı açıqlamada Kral II Abdullahın Səudiyyə Ərəbistanının gəlini Rajva Əl Seyfə şahzadə titulu verdiyi bildirilib.

Kral və Kraliçanın Hüseyniyyə Sarayında baş tutan toyda dövlət rəhbərləri və müxtəlif ölkələrdən gələn qonaqların iştirakı ilə təxminən 1700 nəfərlik ziyafət verilib.  

Qeyd edək ki, Kral II Abdullahın Şahzadə Hüseyn (29), Şahzadə Haşim (18), Şahzadə İman (27) və Şahzadə Səlma (23) adlı 4 övladı var. Şahzadə Hüseyn bin Abdullah Konstitusiyanın 28-ci maddəsinin birinci bəndində qeyd olunduğu kimi İordaniya taxtının qanuni varisidir.

Seymur Əli