NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək və yüksək səviyyəli danışıqlar aparmaq üçün iyunun 3-4-də Türkiyəyə gedəcək.

"Unikal" xəbər verir ki, NATO-nun bəyanatına görə, Stoltenberq 3-4 iyun tarixlərində Ankaraya səfər edəcək.

İyunun 3-də prezident Ərdoğanın andiçmə mərasiminə qatılacaq Stoltenberq Ərdoğanla yanaşı, yüksək səviyyəli türk rəsmiləri ilə də ikitərəfli görüşlər keçirəcək.

Stoltenberq dünən verdiyi açıqlamada, İsveçin NATO-ya üzvlüyü ilə bağlı dialoqu Türkiyədə keçirilən seçkilərdən sonra yenidən başlamaq istədiyini və məsələni müzakirə etmək üçün Ankaraya səfər edəcəyini bildirib.