"Gürcüstanın gələcəyi Aİ ailəsindədir, lakin lazımi islahatların həyata keçirilməsi üçün düzgün qərarların qəbulu Gürcüstan hakimiyyətindən asılıdır".

"Unikal" xəbər verir ki, bunu Şarl Mişel deyib.

Mişel Gürcüstan hakimiyyətinə xatırladıb ki, qarşıdan gələn aylar “aydın seçim etmək üçün bir fürsət pəncərəsidir – Brüsseli razı salmaq üçün deyil, Gürcüstanın gələcəyinin fundamental Avropa dəyərlərinə: sülh, firavanlıq, iqtisadi və iqtisadi dəyərlərə əsaslanmasına əmin olmaq üçün aydın seçimdir”.