"Çox təəssüf ki, mənim yaşadığım cəhənnəmin şahidi oldunuz və indi sizə hər şeyi şərh etməyi özümə borc bilirəm. Əvvəla onu bildirmək istəyirəm ki, mən olunan dəstəyə və köməyə görə hər kəsə minnətdarlığımı bildirirəm. Hamı bacardığı qədər mənə dəstək oldu, yanımda oldu. Mən bunu heç vaxt unutmaram. Doğrunu bilməyib məni daşlayan insanlar kimi etmədiyiniz üçün sonsuz təşəkkür edirəm sizə".
"Unikal" xəbər verir ki, bu sözləri sevgilisi Ziya Hüseynzadə tərəfindən şiddətə məruz qalan model Razi Əliyeva sosial şəbəkə hesabında paylaşıb. O bidlirib ki, Ziyadan ayrılmaq istəsə də şantaja məruz qalıb:
"Münasibətimi subay və ilk baxışdan normal oğlanla başlamışdım. Heç kim münasibətin əvvəlində insanın nə cür olduğunu bilə bilməz. O məni döyməyə, təhqir erməyə, işgəncə verməyə, alçaltmağa başlayandan sonra ayrılmağa çalışmışam, lakin cəhdlərim onun tərəfindən mənə olunan şantaj və hədə qorxu ilə bitirdi. O, mənə bıçaqla işgəncə verirdi, 13-cü mərtbənin pəncərəsindən aşağı atmağa cəhd edirdi, özümdən gedəcək dərəcəyədək boğurdu və ölümcül döyürdü.
Videoda dediyim sözləri məni məcbur işgəncə verərək dedizdirib ki, sonra bu video ilə məni şantaj edib ki, yanında saxlasın. Mənim yaşadığımı yaşasaydınız, bundan da betər sözləri deməyə razı olardınız. Telefonumu əlimdən alaraq məni evdə dustaq saxlayırdı, özü isə adımdan fərqli insanlarla və özü ilə yazışırdı ki, növbəti şantajlar üçün əlində nələrsə olsun".
R.Əliyeva narkotik maddələrdən istifadə etmədiyini də bildirib:
"Məni tanıyanlar narkotik vasitələrindən istifadə etmədiyimi təsdiq edə bilərlər. Nə keçmişdə, nə də indi. Bu absurddur. Lazım olan analizləri də verməyə hazıram. Şəkildə düşən isə özünə məxsus idi və o, şəkili İspaniyada çəkmişdi.
Evli biri ilə görüşmürdüm, dekabr ayında etdiyi evlilik və yanvar ayında boşanmaya verdiyini gizlədirdi, yazışmalarımızın "screen"ləri də buna sübutdur. Onun evli olduğunu məni sonuncu dəfə boğduğu və döydüyü gün bilib evdən yenidən anamın yanına qaçmışam. Bundan sonra şantajlar və hədə qorxular yenidən başlandı və tək mənim ünvanıma yox, anamın və rəfiqələrimin də üvanına. O, hamının həyatını cəhənnəmə çevirdi və bütün bunlardan əlavə anamın evinə gəlib, qapını sındırmağa cəhdlər edirdi ki, məni onun evindən çıxarıb özü ilə aparsın, nəticədə isə qapının tutacağını sındırdı. Bunları etmək səbəbi isə məni məcbur, qorxu içində yanında saxlamaq idi. Mənə hər zaman deyirdi ki, ondan ayrılsam, həyatımı cəhənnəmə çevirəcək və məni elə biabır edəcək ki, heç kim mən tərəfə bir də baxmasın. Bunun bir məqsədi var idi, məni hamının yanında hörmətdən salmaq".
Model 12 dəfə abort etdirməsi ilə bağlı fikirləri isə yalanlayıb:
"Bəli, mən abort etmişəm amma 12 dəfə yox. Qadının orqanizmi nə cür qurulmalıdır ki, bu qədər uşağa qala bilsin. Abortumu ondan olan uşaqda etmişdim və heç də peşman deyiləm, olmayacayam da. Çünki onun kimi ikinci bir insanı dünyaya heç vaxt gətirmərəm. Belə pisəmsə, niyə uşağını saxlamağım üçün yalvarırdı? Niyə evlənmək təklifi edirdi? Niyə valideynləri ilə tanış edirdi? Bunların hamısı şər və böhtandır. Bütün bunlar xəstə və manyak insanın intiqamıdır, çünki məni əşya bilib yanında saxlamağa çalışırdı".
Razi yaşadıqlarını qorxu filminə bənzədib:
"Sonuncu dəfə evimdən qaçanda nələrin baş verəcəyini gözümə alıb qaçmışdım. Çünki başa düşürdüm ki, mənim iki çıxış yolum var. Ya biabır olmaq, ya da ölmək. Mən birincini seçdim. Hər kəsi çox gözəl anlayıram. Yaşadıqlarım o qədər dəşətlidir ki, hər kəsə inandırıcı gəlməyə bilər. Siz belə şeyləri yalnız qorxulu filmlərdə görmüsünüz, yalnız mən real həyatda yaşamışam.
Bütün sübutlarımı dövlət orqanlarına təslim etmişəm. Çox şükür Allahıma ki, yazışmalarımız, ölüm hədələrinin hər biri telefonumda qalıb. Bunun üçün çox sevinirəm və ümüd edirəm ki, haqq, ədalət öz yerini tapacaq".