Fransalı hücumçu Kərim Benzema İspaniya Futbol Çempionatı mövsümünün sonunda "Real Madrid"i tərk edəcək.

"Unikal" xəbər verir ki, bu barədə  klubun rəsmi saytı məlumat yayıb. 

“Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyi ilə bağlı qərar vermək hüququ qazanıb.

Real Madrid həmişə onun evi olub və olacaq və o, ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır”, - klubun açıqlamasında deyilir.

Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.

Fransalı futbolçu "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə kubokun qalibi və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

2022-ci ilin payızında hücumçu karyerasında ilk dəfə "Qızıl top"u qazanıb.