Aİ Ukrayna kənd təsərrüfatı məhsullarının İttifaqın bir sıra ölkələrinə idxalına qoyulan məhdudiyyətləri 2023-cü il sentyabrın 15-dək uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir. Qərar qüvvəyə minib.

"Bu məhsulların sərbəst dövriyyəsinə Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya istisna olmaqla, yalnız Aİ-yə üzv ölkələrdə icazə verilir", - qərarda deyilir.

Söhbət buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarından gedir.
Martın sonunda bir sıra Aİ ölkələrinin baş nazirləri Ukraynadan taxıl axınının yaratdığı böhrana müdaxilə etmək xahişi ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə müraciət ediblər. Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyanın baş nazirlərinin məktubunda qeyd edilir ki, “problemlər Ukrayna məhsullarının Aİ-yə üzv ölkələrin, xüsusən də Ukrayna ilə həmsərhəd və ya ona bitişik olan ölkələrin bazarlarına tədarükün əhəmiyyətli dərəcədə artması ilə bağlıdır".