Goranboyda minik maşını ilə yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Lifan" markalı minik maşını "Ateko" markalı yük maşınına çırpılıb. Qəza zamanı minik maşının sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki "Ateko" markalı yük maşını "Bravo" super marketlər şəbəkəsinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov