Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərindən sonra yeni Nazirlər Kabinetinin ilk iclası keçirilir. 

"Unikal" xəbər verir ki, iclasdan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və kabinet üzləri Anıtqəbiri ziyarət ediblər. Daha sonra ilə Prezident Kompleksində kabinetin iclası başlayıb. 

Məlumata görə, iclasda zəlzələ bölgəsində görüləcək işlər, iqtisadiyyatda atılacaq addımlar və cızılacaq yol xəritəsi, terrorla mübarizə və sərhəd təhlükəsizliyi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Ağarza Elçinoğlu