Bakının "Koroğlu" metrostansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edir.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Kimliyi bilinməyən şəxs körpüyə çıxaraq, özünü atmaq istədiyini deyib.

Əraziyə polis və FHN əməkdaşları cəlb olunub. Hazırda xilasetmə əməliyyatları aparılır.