Rusiya silahlı qüvvələri iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Odessa vilayətinə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Hava Hücumundan Müdafiə Qüvvələri Odessa bölgəsi üzərində bütün “Şahed-131/136”nı vurub, lakin dronların qalıqlarının düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.

“50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 nəfər həlak olub, 10-dan çoxu yaralanıb”, -deyə məlumatda qeyd olunub.