Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Şamlı kənd sakini Azər Yusibov şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən yarımtikilidən yarım kiloqrama yaxın qurudulmuş marixuana və evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.
A.Yusibov ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.