Münaqişə zəminində Hacıqabul sakini bıçaqlanıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, Hacıqabul şəhərində münaqişə zəminində bıçaqlanma hasisəsi baş verib.

Hacıqabul rayonunun Meyniman kənd sakini, 1963-cü il təvəllüdlü Süleymov İsmət Fazil oğlu qohumu tərəfindən ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Şirvan xəstəxanasına çatdırlıb və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.