Bakıda çay evində bıçaqlanma olub.

"Unikal" xəbər verir ki, hadisə Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən "Naxış" çay evində qeydə alınıb.

Çay evinin icarədarı Hüseyn Baratov obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə mübahisə edib. Mübahisə zamanı Hüseyn Baratov bıçaqla Cavid Quliyevə xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb.