İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı İranın Zahidan bölgəsində sünni məzhəbinin lideri Əbdül Həmid Məulviyə qarşı sui-qəsd təşkil edib. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, kəşfiyyat qrupu tanınmış din xadimini zəhərləyərək öldürməyə cəhd edib. 

Məlumata görə, sui-qəsd əməlini həyata keçirmək istəyən şəxs həbs edilib. O, etiraf edib ki, bu işi həyata keçirə bilmək üçün təyin edildikdən sonra, hər həftədə 15 milyon tümən (təxminən 607 manat) maaş alırmış. 

Ağarza Elçinoğlu