İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.
"Unikal"ın məlumatına görə, İsmayıllı şəhər sakini, 1978-ci il təvəllüdlü Əliyeva Şəfa Eynulla qızı yüksək dərəcəli şəkər xəstəliyi ilə əlaqədar koma vəziyyətinə düşdüyü üçün ambulans avtomobili ilə təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq Şəfa Əliyeva xəstəxanada dünyasını dəyişib.
Bundan sonra onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Əliyev Pərviz Nəsir oğlu qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun bıçaqla özünə xəsarət yetirdiyi bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov