Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, 21 iyun 2023-cü il tarixdə saat 22 radələrində Babayev Rafət İmanxan oğlu etibarnamə əsasında idarə etdiyi “Daewoo BC090” markalı avtobusla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda “Azgranata” mağazasının qarşısında ehtiyasızlıqdan yolun ortasında qoşa xəttin üzərində dayanmış piyada 1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu idarə etdiyi avtobusun sol ön hissəsi ilə vurub.
Nəticədə Sərxan Muradov aldığı xəsarətlərdən 25.06.2023-cü il tarixdə Klinin Tibbi Mərkəzdə ölüb.