Onkoloji xəstə qollarını doğrayaraq intihar edib.
"Unikal" xəbər verir ki, hadisə Zaqatala şəhərində baş verib. Belə ki, şəhər sakini, 1964-cü il təvəllüdlü Nəriman Məmmədov hər iki qolunu kəsici alətlə doğrayaraq xəsarət yetirib və həmin xəsarətlərdən dünyasını dəyişib.
59 yaşlı N.Məmmədovun uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli