Sumqayıtda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Qeyd olunub ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. Belə ki, "Prius" markalı avtomobil "Hyundai Santa Fe" ilə toqquşub.

İlkin məlumta görə, qəza nəticəsində 3 nəfər yaralanıb.