"Səbail" komandası heyətinə yeni futbolçu qatıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, paytaxt təmsilçisi yarımmüdafiəçi Valdemar Almeyda-Pananı transfer edib.

Portuqaliyalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.