Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi masqotunun adı açıqlanıb.
"Unikal" UEFA-nın saytına istinadən xəbər verir ki, oyuncaq ayı olan talismana "Albert" adı verilib.
Bu ad Avropadakı məktəblilər arasında keçirilən səsvermədən sonra seçilib.
Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.