Portuqaliya prezidenti Marselo Rebelo de Sousa Lissabonun cənubundakı Kosta de Kaparikada universitetə baş çəkərkən huşunu itirib.
"Unikal" EFE xəbər agentliyi prezident ofisindəki mənbələrə istinadən xəbər verir ki, 74 yaşlı ölkə lideri “ehtiyat tədbiri olaraq” xəstəxanaya aparılıb. De Souza 2016-cı ildən Portuqaliyaya rəhbərlik edir. Onun səhhətində problemlər olub. 2018-ci ildə Braqaya səfəri zamanı yıxılıb. 2019-cu ilin oktyabr ayında kateterizasiya prosesi zamanı böyük bir koronar tıxanma aradan qaldırılıb.