Pensilvaniya ştatında  ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun vətəndaş müharibəsi zamanı yazdığı və dərc olunmamış məktubu aşkar edilib. 

"Unikal" BBC-yə istinadən xəbər verir ki, məktub ölkədə gündəm yaradıb. "Raab" kolleksiyası əlyazmanı əldə edib və 85 min dollara satışa çıxarıb.  

"Linkolnun nəşr olunmamış, naməlum məktublarının tapılması  nadir tapıntılardan biridir. Onun məktubları böyük aydınlığı və qısalığı ilə tanınır",  - deyə  kolleksiyanın rəhbəri Nathan Raab KİV-ə danışıb.  

Onun sözlərinə görə, 19 avqust 1861-ci il tarixli məktub 100 ildən çox şəxsi kolleksiyada saxlanılıb.

Gülayə Mecid