PSJ və Braziliya millisinin hücumçusu olan tanınmış futbolçu Neymar Rio de Janeyroda gecə klublarından birində naməlum şəxslə dava edib.

"Unikal" xəbər verir ki, bu barədə "Marca" yazıb. 

Futbolçu ilə bağlı insident ötən həftə sonu baş verib. Klubun təhlükəsizlik işçiləri məsələyə müdaxilə edib. Mübahisənin səbəbləri məlum deyil.

Məlumata görə, futbolçu hadisə zamanı sevgilisi Bruna Biancardi ilə birlikdə olub. 

Ağarza Elçinoğlu