2022-2023-cü tədris ilində Ermənistanda 12 məktəbdə türk dili, 4 məktəbdə isə Azərbaycan dili tədris olunub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yalnız 10-12-ci sinif şagirdləri Azərbaycan və türk dillərini öyrənirlər. 

"Daha 400 məktəb yaxın gələcəkdə regional dillərin (türk, azərbaycan, gürcü və iran) tədrisinə başlamaq istəklərini bildiriblər", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu