"Ermənistan tərəfində olan bir çox fərarilər, o cümlədən də Artak Zakaryan dəfələrlə Azərbaycana qarşı pafoslu açıqlamaları ilə yadda qalıb. Lakin belə açıqlamalar heç vaxt əməliyyatlar teatrındakı vəziyyətləri dəyişə bilməz". 

Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

Ekspert Ermənistanın eks-nazir müavini Artak Zakaryanın Azərbaycanı qisas almaqla hədələdiyi açıqlamasına cavab olaraq bildirib ki, bu gün Ermənistan ordusunun 11 min fərari əsgəri var: "Ermənistan hazırda son 200 ildə ilk dəfə olaraq özünün döyülüb-söyülmüş, eləcə də əzilib və təhqir olunmuş, dizi üstə sülh dilənçisinə çevrilmiş vəziyyətini yaşayır. Bu halda A.Zakaryanın ortaya çıxıb özünü Napoleon kimi təqdim etməsi, ordunun psixoloji vəziyyətindən xəbərsiz vəziyyətdə pafoslu açıqlamalar verməsi sadəcə gülüş doğurur. 

Əgər o, həqiqətən də Azərbaycana qarşı hansısa potensiala malik idisə, erməni ordusu ilə birgə fəaliyyət göstərmək imkanını özündə görürdüsə, niyə onda Vətən müharibəsində və ondan sonrakı 16 hərbi əməliyyatın heç birində bunu nümayiş etdirə bilmədi?"

Ağarza Elçinoğlu