Türkiyədə ağır yol-nəqliyyat hadisəsi qəzası olub, ölən və yaralananlar var.
"Unikal" xəbər verir ki, hadisə Ərzincan şəhərində qeydə alınıb. Sərnişin mikroavtobusunun idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, jandarm, xilasedicilər cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbi açıqlanmır.