Ağstafa sakini bıçaqlanıb.

"Unikal"ın məlumatıa görə, hadisə Ağstafa şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Aydın Nəbiyev naməlum şəraitdə bıçaqlanıb. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu  bildirilir.  A.Nəbiyevin kim tərəfindən bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov