Rusiya prezidenti Vladimir Putinin "Vaqner" PMC-ni ləğv etməmək və üsyan iştirakçılarını mühakimə etməmək qərarı Rusiya hakimiyyətini yöndəmsiz vəziyyətdə qoyur.

"Unikal" xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri hesabat dərc ediblər. 

Bildirilir ki, "Vaqner"in əsas prinsipləri Rusiyanın Ukraynaya qarşı müharibəsində mübarizə və Rusiya Federasiyasının Prezidentinə və Rusiya xalqına sədaqətlə xidmət etməkdir. Eyni zamanda, Putinin "Vaqner"i cəzalandırmamaq qərarı özünü narahat vəziyyətə salır.

"Rusiya lideri üsyanın başverməsindən utanır. Bununla yanaşı, "Vaqner" hələ də Rusiyada üzvlər cəlb edir", - ISW analitikləri qeyd ediblər.