Norveçin Bergen şəhərində Azərbaycan vətəndaşı Ukraynadan olan 30 yaşlı qadını qətlə yetirib.
“Unikal” “Nettavisen” nəşrinə istinadən xəbər verir ki, hadisə Bergenin mərkəzində ukraynalı qaçqınların yerləşdirildiyi oteldə baş verib.
Çoxsaylı bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən azərbaycanlı polis tərəfindən saxlanılıb. Qətlin təfərrüatı hələlik açıqlanmır.
Nuranə Abbasova