Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Nəqliyyat vasitəsinin aşması nəticəsində iki nəfər rayon sakini - 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva xəsarət alıblar.
Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.