Astarada qəza olub.

"Unikal"ın məlumatına görə, 27.01.1974-cü il təvəllüdlü Məlikov Sərxan Ramazan oğlu idarə etdiyi “Mercedes 313CDİ” markalı yük avtomobili ilə 10.07.2023-cü il tarixdə saat 17:10-da Kijəbə-Pəlikeş avtomobil yolunun Astara rayonu Deqədi kəndindən keçən hissəsində Kijəbə qəsəbəsi istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağında hərəkətdə olan 1994-cü il təvəllüdlü Əliyev Ruslan Əmir oğlunun idarə etdiyi “Mondial” markalı mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü hadisə yerində ölüb .

Faktla bağlı Astara RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Murad İbrahimli