Çexiya 2022-ci ildə öz müdafiə xərcləri ilə müqayisədə Ukraynaya ən böyük hərbi yardım donoru olub.

“Unikal” TASS-a istinadən xəbər verir ki, Çexiya Ukraynaya 2,1 milyard dollar və ya hərbi büdcəsinin demək olar ki, yarısını ayırıb. 

Bundan əlavə, Latviya və Estoniyanın Kiyevə hərbi yardım həcmi müdafiə büdcəinin, demək olar ki, 40%-nə çatıb. Litva və Polşa üçün bu rəqəm müvafiq olaraq 14,5% və 12% təşkil edib. ABŞ-ın Ukraynaya yardımı öz müdafiə xərclərinin cəmi 2,8%-ni, Böyük Britaniya - 1,4%-ni, Fransa - 1,1%-ni təşkil edib.

Ümumilikdə, 2022-ci ildə Ukraynanın hərbi xərcləri 2021-ci illə müqayisədə 7 dəfə artaraq 43,98 milyard dollar təşkil edib.Hesablamalara görə, bu müddət ərzində NATO üzvləri Ukraynanın hərbi ehtiyaclarını 38,6 milyard dollar maliyyələşdirib ki, bu da alyansın üzvlərinin ümumi hərbi xərclərinin 1,6%-nə bərabərdir. 

Nuranə Abbasova