Türkiyənin “Milli Gazete” qəzetinin köşə yazarı Mustafa Kasadarın 19 yaşlı oğlu Məhəmməd Nuh Kasadar amansızcasına qətlə yetirilib.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, 19 yaşlı Məhəmməd naməlum şəxslər tərəfindən qaçırılıb.
Oğlundan xəbər tuta bilməyən ata polisə müraciət edib. Axtarışlardan sonra Məhəmmədin cəsədi İstanbulda evlərin birindəki soyuducuda doğranmış halda tapılıb. Cinayətlə bağlı bir nəfər şübhəli saxlanılıb.
Polis araşdırmalarını davam etdirir.
Nuranə Abbasova