Bakıda avtomobillə qadını vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.