Tibb üzrə ekspert, N-Laz Tibb Mərkəzinin Baş həkimi Natiq Nəsir oğlu Məmmədov səhiyyənin təşkili və digər məsələlər bağlı "Unikal"ın suallarını cavablandırıb.

-Natiq müəllim, səhiyyənin təşkili ilə bağlı bəzi suallarımız var. Əminəm ki, oxucularımız üçün də bu gün işıqlandıracığınız mövzular maraqlı olacaq. Aidiyyəti dairələrdə sizin çox ciddi ekspert olduğunuz məlumdur. Özünüz haqqında məlumat verməyiniz mövzumuz üçün daha məqsədəyönlü olar.

-Öncə onu qeyd edim ki, bir müddət əvvəl məni N-Laz klinikasına Baş həkim vəzifəsinə dəvət etdilər. Bilik və bacarığımı, təcrübəmi bu klinikada tətbiq etməyə çalışıram. Səhiyyəmizin inkişafına, vətəndaşlarımızın sağlamlığının qorunmasına hansı töhfələr vermək mümkündürsə, os istiqamətdə əlimdən gələni edirəm. Son zamanlar ölkə başçısı, Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi səhiyyədə də çox ciddi islahatlar keçirilmişdir. Yeni diaqnostika və tibb mərkəzləri açılmış, onların maddi-texniki bazası gücləndirilmiş və müasir həkim ordusu yaradılmışdır. Artıq bizim vətəndaşlar xaricə üz tutmur və Azərbaycanda müalicə alır, çünki indi bunun üçün bizim böyük potensialımız var.

N-Laz özəl klinikadı və onun dövlət tibb müəssisəsindən fərqi ondan ibarətdi ki, həkim potensialından əlavə köməkçi kabinetlər də yaradılıb. Vətəndaşların həmən aparılan labarator, funksional, diaqnostika müayinələri həkimə və pasiyentə böyük yardım olur. Düzgün diaqnoz seçimi və ona uyğun müalicədən sonrakı reabilitasiya və fizioterapiya da eyni məkanda –  N-Laz klinikasında öz əksini tapıb. İrəlidə daha bir neçə aktual layihəmiz var ki, onlardan əsası şəhid ailələri və qazilərə güzəştli tibbi xidmətlər göstərilməsi ilə əlaqədardır.

-Natiq müəllim, başqa Tibb müəssisələri ilə də əlaqələriniz varmı?

-Məndə olan məlumata görə Azərbaycanda 200-ə yaxın özəl klinika fəaliyyət göstərir. Əlbəttə ki, bəzi klinikalarla əməkdaşlıq edirik. Bundan əlavə, ABŞ –nın Boston şəhərində, Türkiyədə və İsraildə fəaliyyət göstərən bir necə klinika ilə iş birliyi haqqında danışıqlar aparılır. Ümidvarıq ki, ilin axırına qədər lazımi müqavilələr bağlanacaq. Bundan əlavə Moskvanın da tanınmış həkimləri mütamadi olaraq bizim klinikada pasiyent qəbulu həyata keçirəcəklər.

Təşkilat mövzusuna qayıdaq. Ümumiyyətlə, istər dövlət, istərsə də özəl tibb müəssisələrinin əsas funksional vəzifəsi əhalinin sağlamlığının saxlanıb qorunması və profilaktik tədbirlərin uğurla həyata keçirilməsidir. Bunlar nədən ibarətdir? Əsas – dispanserizasiyanı (check-up) düzgün  həyata keçirmək lazımdır. Çünki xəstəliyin ilkin mərhələdə aşkar olunmağı müalicəni asanlaşdırır. Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyində bu məsələ qabarıq şəkildə qeyd olunub.

-Vətəndaşlar N- Laz Tibb mərkəzində İcbari tibbi sığortadan yararlana biləcəkmi?

-Bildiyiniz kimi klinikamız cəmi bir aydır ki, dövlət lisensiya alıb. Əvvəl göstərdiyim kimi, böyük planlarımız var və yaxın gələcəkdə icbari tibbi sığorta bizim xidmətlərimizə də tətbiq olunacaq.

-Çox zaman eşidirik ki, özəl klinikalar maddi gəliri vətəndaşın səhhətindən daha üstün tutur. Nə deyə bilərsiniz?

-Təmamilə yanlış düşüncədir. Əvvəla, əsl həkimlər üçün insan səhhətindən üstün heç bir şey ola bilməz. İkincisi də, bu gün Azərbaycan vətəndaşının böyük seçimi var. O hər zaman İcbari Tibbi sığortadan istifadə edə bilər. O biri tərəfdən məntiqlə düşünmək lazımdır ki, özəl klinikaların böyük xərcləri – həkim və kiçik tibbi personalın əmək haqqı, kommunal xidmət haqqları, müvafiq ödəmələr və s. var. Bunun da müqabilində müəyyən ödənişlər olmalıdır ki, biz fəaliyyətimizi davam etdirə bilək.

Bizim özəlliyimiz – yüksək səviyyəli mütəxəssislər və pasiyentə əla xidmətdir. Məsələn N-Laz klinikasında adlı-sanlı həkim heyəti toplamışıq. Bundan əlavə ən müasir avadanlığlarla təhciz olunmuş stomatologiya,  laboratoriya, ultrasəs müayinə, elektroensefaloqraf və fizioterapiya kabinetləri fəaliyyət göstərir, son nəsil lazer və soyuq plazma aparatları quraşdırılmışdır. Fəaliyyət sahələrimiz: dermatologiya, veneroloji xəstəliklər, kardiologiya, ginekologiya, endokrinologiya, revmatologiya, nevropatologiya və s. Bir probleminiz olarsa, bizə müraciət edə bilərsiniz.

Səhiyyə təşkilindəki təcrübə və biliyimi isə hər zaman cavan həkimlərlə bölməyə hazıram. 

Dosye: 

Natiq Nəsir oğlu Məmmədov 1979-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. 1981-86 cı illərdə dəri- zöhrəvi həkim kimi çalışıb. 1987- 1990-cı illərdə isə Bakı Baş Səhiyyə idarəsində işə başlayıb. 1989-cu ildə Moskva şəhərində Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə 6 aylıq  “Səhiyyənin təşkili və gigiyena” təkmil təhsil kurslarını bitirib. 1990–1996-ci illərdə Sabunçu rayon Səhiyyə Şöbəsinin rəisi vəzifəsində, 1996–2001-ci illər ərzində 12 saylı şəhər poliklinikasında baş həkim çalışıb. 2001 - 2004-cü illlərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində İdarə rəisi, daha sonra Turizm Baş İdarəsinin rəisi vəzifəsini yerinə yetirib. 

O, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2006-cı ildə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsində çalışmağa başlayıb. 2019–cu ilə kimi həmin vəzifədə çalışıb. Hazırda təqaüdə çıxıb və N-Laz klinikasına Baş həkim kimi fəaliyyətini davam etdirir. 

☎ +(994) 55 440 41 88; (+994) 50 2620566; (012) 514 22 64

Instagram – @nlaz_clinic

Fb – N-Laz klinika

TikTok – @nlaz.klinika

Ünvan: Bakı, Əlicabbar Orucəliyev küç.78 mər. 2 (Nərimanov metrosu, uşaq stomatoloji poliklinikasının arxası).