İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, İsmayıllı şəhər sakini, 1979-cu il təvəllüdlü Əliyev Pərviz Nəsir oğlu bu gün axşam saatlarında yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Qeyd edək ki, iyunun 24-də Pərviz Əliyevin həyat yoldaşı, 1978-ci il təvəllüdlü Əliyeva Şəfa Eynulla qızının şəkər xəstəliyi səbəbindən komaya düşərək İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi və orada dünyasını dəyişməsi, eləcə də Pərviz Əliyevin arvadının ölümünə dözməyərək həmin gün özünə bıçaq xəsarətləri yetirməsi barədə məlumat vermişdik. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilmişdi. O, müalicə olunaraq evə buraxılsa da bu gün intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov