Xocalıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 18-də saat 22 radələrində rayonun Baharlı kəndi ərazisində Füzuli rayon sakini S.Dərgahov idarə etdiyi “Shacman” markalı avtomobili su arxına aşırıb.
Nəticədə avtomobildəki sərnişin S.Ağayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.