Bakıda 17 yaşlı qız itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, H.Aslanov qǝsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Babayeva Elmira Abbas qızı yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.