Bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

***

13:53

Bakıda 46 nömrəli sərnişin avtobusunda yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində qeydə alınıb. Əraziyə FHN əməkdaşları cəlb olunublar.

Əlavə məlumat veriləcək.