Bakıda 2 500 manat dəyərində fotoaparat oğurlanıb.
“Unikal” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-də Bakı şəhər sakini olan bir nəfərin 2500 manat dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Fərid Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.