İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı bağlı təqdimata baxılıb.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs və vəkili həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş ediblər.
Qərara əsasən irihəcmli iş üzrə təqdimat təmin edilib, B.Hacıyevin həbsdə saxlama müddəti 2 ay 10 gün uzadılıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib.