Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Bu barədə "Unikal"a Hərbi Prokurorluqdan məlumat verilib. 

Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

***22:33

Kəlbəcərdə hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, avtomobilin aşması nəticəsində 1 hərbçi ölüb, 1 hərbçi isə yaralanıb.

Əlavə məlumat veriləcək.

Murad İbrahimli