Astarada dənizdə boğularaq ölən şəxsin kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, Astara çimərliyində boğularaq ölən şəxs rayonun Şahagacı kənd sakini 2006-cı il təvəllüdlü Rəsul Rasim oğlu Həsənovdur.
xxx
08:59
Astarada dənizdə batan uşağın meyiti tapılıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilir ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.