Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı intihara cəhd edib.
"Unikal" xəbər verir ki, məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, İkinci Qarabağ müharibəsi işrirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək intihara cəhd edib.
Dizində dəmir protez var. Amma bir ildir ki, mübarizə aparmasına baxmayaraq əlillik dərəcəsi ala bilmir.
Vəziyyətinin hazırda stabil olduğu bildirilir.