Rusiya prezidenti Vladimir Putin Rusiyada cinsiyyət dəyişdirmə əməliyyatını qadağan edən qanun imzalayıb.

"Unikal" xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub. Sənəddə “Vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında” qanuna dəyişiklik edilir və ona tibbi müdaxilələri, habelə cinsiyyətin dəyişdirilməsinə yönəlmiş narkotik vasitələrdən istifadəni qadağan edən yeni maddə əlavə edilir. Lakin bu qadağa anadangəlmə anomaliyaların və inkişaf qüsurlarının, həmçinin uşaqlarda cinsiyyət orqanlarının formalaşmasının pozulması ilə bağlı olan genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı müdaxilələrə şamil edilmir. Belə müdaxilələrin aparılması barədə qərarı Səhiyyə Nazirliyinin tabeliyində olan tibb təşkilatlarının həkim komissiyaları verəcək.

Qəbul edilmiş qanun həmçinin müəyyən edir ki, ər-arvaddan birinin cinsini dəyişməsi onun əvvəllər bağladığı nikahın pozulması üçün əsasdır. Bundan əlavə, cinsini dəyişdirmiş şəxslər, sənədə əsasən, övladlığa götürən valideynlər və uşaqların qəyyumları ola bilməyəcəklər.

Yeni normalar, əlavə sənədlərdə qeyd edildiyi kimi, Rusiya cəmiyyətinin konstitusiya əxlaqi və ailə əsaslarını qorumağa kömək edəcək, həmçinin Rusiya vətəndaşlarının, xüsusən də uşaqların sağlamlığını qoruyacaqdır.

Qanun dərc edildiyi gündən qüvvəyə minir. Eyni zamanda, onun normaları qanun qüvvəyə minənədək cinsiyyətini dəyişmiş şəxslərə şamil edilməyəcək.