Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Tviterin loqosunun dəyişdirilməsinə reaksiya verib.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, o, yeni loqonu əla adlandırıb. 

"Deməli, indi X-dir? Əla! X olan yerdə həm V, həm də Z var”, - deyə siyasətçi bildirib. 

Belə ki, o, sosial şəbəkənin rebrendinqinə ironiya ilə reaksiya verərək, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının simvoluna çevrilmiş simvollara işarə edib.

Nuranə Abbasova