"Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük  müraciətinə oktyabrda baxacaq".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Parlament işini bərpa edəndə biz lazım olan hər şeyi edəcəyik və deputatlar İsveçin müraciətinə baxacaqlar. Yekun qərarı deputatlar verəcək”.

Bundan əvvəl Ərdoğan Ankara ilə əldə olunan və terrorla mübarizənin gücləndirilməsini nəzərdə tutan razılaşmalar üzrə  Stokholmun hərəkətlərindən asılı olaraq müsbət qərar veriləcəyini bildirib .

O əlavə edib ki, Türkiyə tərəfi krallığın bu vəd və zəmanətləri yerinə yetirməsini gözləyir.