Lionel Messi "İnter Mayami"nin kapitanı təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə qərarı baş məşqçi Xerardo Martino verib.

Bu barədə “The Athletic” məlumat yayıb.

İyulun 15-də Şimali Amerika Futbol Liqası klubu argentinalı hücumçunun transferini açıqlayıb. İyulun 21-də 36 yaşlı Messi Meksikanın “Kruz Azul” klubuna qarşı komandanın heyətində debüt edib, əsas vaxtın 4-cü dəqiqəsində cərimə zərbəsindən fərqlənib. İnter Mayami 2-1 hesabı ilə qalib gəlib.