Dünyaca məşhur biznes jurnalı Forbes-in dünyanın ən varlı adamları siyahısına əsasən, İlon Maskın sərvəti yerli vaxtla günorta saatlarında 1,75 faiz artaraq 240,7 milyard dollara çatıb. Qiymətləndirmədə artım Tesla səhmlərinin 2,5 faizdən çox artması ilə əlaqədar olub.

"Unikal" xəbər verir ki, Louis Vuitton, Christian Dior və Tiffany şirkətlərinin sahibi olan lüks mallar nəhəngi LVMH-nin sədri Arnaultun sərvəti 1 faizdən çox azalaraq 234,9 milyard dollara düşüb.

Beləliklə, Mask Arnonu geridə qoyub və dünyanın ən varlı adamları siyahısında birinci yeri tutub.

Amazonun qurucusu və bir müddət dünyanın ən varlı adamı olan Ceff Bezos 151,9 milyard dollar sərvəti ilə üçüncü yeri tutub.

Bezosu 148,1 milyard dollarla Oracle qurucusu və keçmiş baş icraçı direktoru Larri Ellison, 120,6 milyard dollarla Microsoft-un qurucusu Bill Qeyts və 117,3 milyard dollarla Berkshire Hathaway şirkətinin rəhbəri Uorren Baffet izləyir.

Keçən il "Twitter"i 44 milyard dollara satın alan Mask dünən şirkətin loqosunu “mavi quş”dan “X” hərfinə dəyişərək X.com domen adını sayta yönləndirib.