Ukraynanın müdafiə naziri Kiyevin əks-hücumunun qrafikdən gecikdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Aleksey Reznikov CNN-ə müsahibəsində onun gözləniləndən daha yavaş getdiyini etiraf edib.

Lakin o, bununla bağlı “narahat olmadığını” əmin edib. Nazir belə tempin səbəbləri arasında döyüş sursatlarının və hava hücumundan müdafiə sistemlərinin olmamasının göstərib. Reznikovun fikrincə, istənilən əks-hücumun sürətli olması fikri yanlışdır. Reznikov əlavə edib ki, döyüş “kompüter oyunu deyil”.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna ordusu iyunun 4-dən uğursuz hücuma keçir. İyulun 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayandan itkilərinin 26 mini keçdiyini bildirib.